Yuxarı

Yararsız hala düşən medallarla bağlı MOK-un müraciətinə cavab

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Olimpiya Komitəsindən (BOK) Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) məktubuna cavab gəlib.

Axar.az xəbər verir ki, bu barədə MOK-un mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, medal qazanan idmançılar haqqında məlumatlar və keyfiyyətini itirmiş medalların müxtəlif formalarda şəkilləri Beynəlxalq Olimpiya Komitəsinə göndərilsin. BOK müvafiq araşdırmalardan sonra medalların yenilənməsi qaydası ilə bağlı MOK-a əlavə məlumat verəcək.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan yeddi idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (-73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (-100 kq) qızıl, taekvondoçu Qaşim Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

Əlavə edək ki, bu idmançıların müraciəti əsasında Milli Olimpiya Komitəsində lazımi araşdırmalar aparılıb və nəticəsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktubla müraciət olunub.

Tarix
2025.01.31 / 16:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla