Yuxarı

FHN əməkdaşı tennis yarışında qızıl qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN əməkdaşı tennis yarışında qızıl qazandı

3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında (kişilər və qadınlar) stolüstü tennis yarışı keçirilib.

Axar.az FHN-ə istinadən xəbər verir ki, olimpiya sistemi üzrə keçirilən yarışda 22 qurumdan 40 kişi, 10 qadın mübarizə apararaq öz bacarıqlarını göstəriblər.

Turnirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin stolüstü tennis üzrə komandasının üzvü əzmkar mübarizə apararaq yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramov bütün rəqiblərinə qalib gələrək yarışın çempionu adına layiq görülüb.

Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medal ilə təltif olunublar.

Tarix
2025.02.03 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla