Yuxarı

Cavab görüşü daha gərgin ola bilər - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavab görüşü daha gərgin ola bilər - Qurbanov

Cavab görüşü daha da gərgin keçə bilər.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Səbail"ə qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:

"Bu gün çox yaxşı komandaya qalib gəldik. İkinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdılar. "Səbail" həm topla, həm də topsuz meydanda çox düzgün davrandı. Futbolçularımı təbrik edirəm, çox istəkli idilər. Hələ ilk oyundur. Cavab görüşü daha da gərgin keçə bilər".

Q.Qurbanov heyətə yeni cəlb olunan Kadi Borgesin transferi məsələsinə münasibət bildirib:

"Kadini sıralarımıza cəlb etmək şansımız yarandı və bundan istifadə etdik. Julio Romao üçün "Ferentsvaroş" (Macarıstan) bizə təklif göndərdi. Biz də bu təklifi müsbət qarşıladıq və danışıqlar əsasında Kadi Borgesi transfer etdik".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Tarix
2025.02.06 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla