Yuxarı

"Beşiktaş"dan derbi matçında geridönüş

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Beşiktaş"dan derbi matçında geridönüş

Türkiyə Superliqasında XXIV turun daha 3 oyunu keçirilib.

Axar.az xəbər verir ki, turun mərkəzi görüşündə “Beşiktaş” “Trabzonspor”u qəbul edib. “Vodafone Park” stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 17-ci dəqiqədə qonaqların hücumçusu Simon Banza açıb. İlk hissə Qara dəniz təmsilçisinin üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra 2 qol vuran “qara qartallar” əzmkar qalibiyyət əldə ediblər. Əvvəlcə 53-cü dəqiqədə Rafa Silva tarazlığı bərpa edib. Arseni Bataqovun 65-ci dəqiqədə öz qapısına vurduğu avtoqol İstanbul klubuna 3 xal qazandırıb.

Hazırda “Beşiktaş” 38 xalla 5-ci, “Trabzonspor” isə 29 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Adana Dəmirspor” “Antalyaspor”la heç-heçə (1:1) edib, “Qaziantep” “Sivasspor”a (2:1), “Bodrumspor” isə “Başakşəhər”ə (1:0) qalib gəlib.

Tarix
2025.02.16 / 00:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla