Yuxarı

Limitin ləğvi Azərbaycan futboluna zərər verəcək – Gözəl

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Limitin ləğvi Azərbaycan futboluna zərər verəcək – Gözəl

Legioner limitinin ləğvinə həm sevinir, həm də üzülürəm.

Axar.az xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl Teleqraf-a müsahibəsində deyib.

“Sevinirəm ona görə ki, əlimiz açılır. Rəqiblərə qarşı əlimizdə daha yaxşı imkanlar yaranır. Üzülürəm ki, qısa müddət üçün xeyrimizə olsa da, perspektivdə Azərbaycan futbolunun zərərinədir. Limit aradan qalxanda daha rahatına qaçırsan və öz yetişdirdiyin futbolçulara baxmırsan. Azərbaycan futbolunda legioner limiti uzunmüddətli qalsaydı, məncə, daha yaxşı olardı”, - Gözəl vurğulayıb.

T.Gözəl yerli futbolçulara şans verilməsinin baş məşqçi Qurban Qurbanovun seçimi olduğunu bildirib:

“Bu məsələdə Qurban hocanı dəstəkləyirik. Əminəm ki, onun seçdiyi öz futbolçuları var, onlara etibar edir. Qurban Qurbanovda bir xasiyyət var ki, bir futbolçuya inandısa, onun arxasında durur və şans verir. Ona görə texniki məsələlər sırf baş məşqçimizin cavablayacağı sualdır”.

T.Gözəl növbəti mövsümdən Azərbaycan Premyer Liqasında 12 komandanın mübarizə aparacağına dair qərarı da şərh edib:

“Bu artım futbolun keyfiyyətinə xidmət edəcəksə, normal baxıram. Bunu təcrübədən sonra görəcəyik”.

Tarix
2025.02.23 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla