Yuxarı

"Barselona"nın prezidenti yenidən Bakıya gəlir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Barselona"nın prezidenti yenidən Bakıya gəlir

Bu gün İspaniyanın "Barselona" klubunun prezidenti Joan Laporta yenidən Bakıya gələcək.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Laportanı klubun direktorları Joan Soler və Xavyer Puiq müşayiət edəcək.

Səfərin əsas məqsədi Azərbaycanda yeni "Barselona" akademiyasının açılması və potensial investisiya imkanlarının axtarışıdır.

Laportanın heyətinin azərbaycanlı biznesmen, Laportanın yaxın dostu Adnan Əhmədzadənin sayəsində yüksək səviyyədə qarşılanacağı bildirilir. Görkəmli iş adamı A.Əhmədzadə dünyaca tanınmış müxtəlif futbolçularla əlaqələrə malikdir. O, Lionel Messini də Bakıda qəbul edib.

"Barselona"nın prezidenti bu səfərə klubu naminə qlobal əməkdaşlıq və həyati vacib investisiyaların təminatı kimi yanaşır. Azərbaycana gəlişin A.Əhmədzadənin nüfuzu və əlaqələri sayəsində müsbət nəticələr verəcəyi gözlənilir.

Qeyd edək ki, Joan Laporta 2024-cü il noyabrın 16-da da Bakıda olub. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Azərbaycan paytaxtına səfər edib.

Tarix
2025.02.28 / 02:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla