Yuxarı

Bəsit səhvlər buraxdıq - Santuş

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəsit səhvlər buraxdıq - Santuş

İlk dəqiqələrdə futbolçularım müdafiəyə meyilli oynayırdılar.

Axar.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis məğlubiyyətin səbəbini izah edib:

"İlk hissədə hər iki komanda intensivlik göstərdi. İlk dəqiqələrdə futbolçularım müdafiəyə meyilli oynayırdılar. Tapşırıqlarımızdan sonra hücuma atılmağa başladılar. Balanslı oyun getdi, buna baxmayaraq, iki qol buraxdıq. İkinci hissədə yaxşı oynadıq. Təəssüflər olsun ki, bəsit səhvlər buraxdıq. Hiss edirdim ki, komanda qol vura bilər. Ona görə də üçlü müdafiə sisteminə keçdik və cinahlardan daha çox hücum etməyə çalışdıq. Ümumilikdə oyunçularım yaxşı çıxış etdi. Məğlub olmamaq üçün əlimizdən gələni etdik. Futbolçular üzgündürlər, işimizi davam etdirməliyik".

Baş məşqçi Zamiq Əliyevin çıxışı haqda danışıb:

"Zamiq Əliyevin 20 yaşı var. Gənclər oynamaldırlar ki, özlərinə inam yaransın. Səhv etməkdən qorxsalar, inkişaf olmayacaq".

F.Santuş gənclərə yer verdiyini xüsusi vurğulayıb:

"AFFA ilə müqaviləm var. Baş məşqçinin işi futbolçuların potensialına baxmaq və onları təhlil etməkdir. Bu gün önə doğru bir addım atdıq. Çünki gənclərə yer verdik".

Qeyd edək ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan Azərbaycan – Belarus görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Tarix
2025.03.26 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla