Yuxarı

Santuş sona qədər davam etməlidir - Sadıqov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Santuş sona qədər davam etməlidir - Sadıqov

İlk gündən Fernandu Santuşa etimad göstərilib və bu yolda sona qədər davam etməlidir.

Axar.az xəbər verir ki, bunu AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Report-a açıqlamasında deyib.

Mütəxəssis heyətə fayda verə biləcək futbolçuların dəvət olunmasının vacibliyini vurğulayıb:

“Millidən gözləntilərimiz həmişə qələbə olub. İnanmışıq ki, azarkeşlərimizi sevindirəcək. Hər iki görüşdə məğlub olmağımızın dəqiq səbəbini baş məşqçi deyə bilər. Kənardan görünən odur ki, Fernandu Santuş axtarışdadır, eksperimentləri davam etdirir. Bunun nəticəsidir ki, oyunlarda hələlik balanslı komanda görə bilmirik. Dünənki görüşdə xeyli dəyişiklik gördük. Zamana ehtiyac var. Hesab edirəm ki, yığmaya fayda verə biləcək və hazır futbolçular dəvət edilməlidir. Ancaq inamımızı itirməməliyik, əks halda heç nə əldə edə bilmərik”.

Qeyd edək ki, Azərbaycan millisi keçirdiyi son iki yoldaşlıq görüşündə, martın 22-də Haitiyə (0:3), ötən gün isə Belarus yığmasına (0:2) məğlub olub.

Tarix
2025.03.26 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla