Yuxarı

Bu klublara lisenziya verilmədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu klublara lisenziya verilmədi

Azərbaycan Premyer Liqasında iştirak üçün müraciət edən klublara lisenziya verilməyib.

Axar.az xəbər verir ki, bu barədə AFFA-nın Lisenziyalaşdırma qrupunun açıqlamasında bildirilir.

Çatışmazlıqları aradan qaldırmaq üçün verilmiş müddət bu gün başa çatıb və lisenziya üçün müraciət etmiş klublardan heç biri sənədləri tam şəkildə təqdim etməyib. Mövcud vəziyyətlə bağlı Lisenziyalaşdırma qrupu tərəfindən hesabat hazırlanaraq Lisenziya Komissiyasına və AFFA-nın rəhbərliyinə təqdim olunacaq.

Qeyd edək ki, mayın 16-da 2016-2017-cı il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə AFFA-nın Lisenziya Komissiyasının iclasında baxılıb. İclas zamanı 8 klubla bağlı (AZAL, "İnter", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftci", "Sumqayıt" və "Zirə") ilə bağlı müvafiq qərarlar açıqlanıb.

Növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara sənədləri tam olaraq təmin etmək üçün əlavə 14 gün vaxt verilib.

Tarix
2016.05.30 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla