Yuxarı

Məsut Özil türklərə səsləndi, CHP-dən cavab gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məsut Özil türklərə səsləndi, CHP-dən cavab gəldi

Almaniya yığmasının türk əsilli sabiq futbolçusu Məsut Özil Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) boykot çağırışına reaksiya verib.

Axar.az xəbər verir ki, Özil bu barədə özünün X səhifəsində paylaşım edib.

"Boykot adı altında yerli və milli brendlərimizə zərər verməyək. İctimai birliyimizi qoruyaq!" - Özil bildirib.

CHP-dən olan Əli Mahir Başarır isə Özilə "Yerli və milli qardaşım, hansı millidə oynamısan?" sözləri ilə cavab verib.

Bu reaksiya sosial mediada geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Məsut Özil bu ilin fevral ayında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarə Heyətinin üzvü təyin edilib.

Tarix
2025.04.02 / 13:51
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla