Yuxarı

Cüdoçularımız Avropada ikinci oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdoçularımız Avropada ikinci oldu

Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə Azərbaycan cüdoçuları 2 medal qazanıb.

Bu barədə Axar.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Ayxan Həsənli (-73 kq) və Sübhan Axundov (+90 kq) yarışın gümüş medalına yiyələnib.

Turnirin ilk günündə cüdoçularımız 7 medalla yadda qalıb. Nərmin Ağamirzadə (-48 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl, Gülşən Hüseynova (-44 kq) gümüş, Mədinə Hüseynova (-40 kq), Anar Quliyev (-50 kq) Röyal Qayıbov (-60 kq) və Əli Hümbətov (-66 kq) bürünc medalın sahibi olub.

Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunu 9 medalla (2 qızıl, 3 gümüş və 4 bürünc) 38 ölkə arasında ikinci sırada bitirib.

Tarix
2025.04.07 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

İlham Əliyev Vicita Heratı qəbul etdi

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

İmaməli Rəhman Azərbaycana gəldi

Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlıq...

Şövkət Mirziyayev də Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla