Yuxarı

“Neftçi”nin baş məşqçisi təsdiq edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Neftçi”nin baş məşqçisi təsdiq edildi

Vəli Qasımov "Neftçi"nin baş məşqçisi təsdiq olunub.

ANS-in məlumatına görə, "Neftçi" Peşəkar Futbol Klubunun inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda V.Qasımov 2016/2017-ci illər mövsümü üçün "Neftçi"nin baş məşqçisi vəzifəsinə təsdiq olunub.

İclasda həmçinin klubun növbəti mövsüm üçün büdcəsi də detallı şəkildə müzakirə edilib.

Vəli Qasımov 10 aprel 1968-ci ildə Gəncə şəhərində anadan olub. Karyerasında "Dinamo" (Moskva), "Spartak" (Moskva), "Real Betis", "Vitoriya" (Setubal) kimi klubların şərəfini qoruyub. 1992-ci il Rusiya premyer liqasında bombardir olub.

Azərbaycan yığma komandasının məşqçisi Berti Foqtsun köməkçisi və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı olub.

Tarix
2016.06.05 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla