Yuxarı

Avarçəkmə yenidən Füzulidə!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avarçəkmə yenidən Füzulidə!

28 aprel-2 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlər üçün xususi tədbir keçirilib.

Axar.az xəbər verir ki, Köndələnçay su anbarında təşkil olunan tədbirdə Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana da iştirak edib.

Füzuli sakinləri Köndələnçayda maraqlı su şouları, avarçəkənlərin nümunəvi çıxışlarını izləyiblər. Həmçinin uşaq və yeniyetmələr üçün maraqlı viktorinalar, intellektual yarışmalar təşkil olunub, qonaqlara federasiya tərəfindən xatirə hədiyyələri təqdim edilib. Qarabağda ilk dəfə sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özünü sınamaq imkanı yaradılıb.

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında Avropa, Asiya və Afrikadan 20-dən çox ölkədən 200 nəfərdən artıq idmançı mübarizə aparacaq. Aprelin 29-da saat 14:00-da Mingəçevirdə, Heydər Əliyev prospektində yarışların rəsmi paradı baş tutacaq. 29 aprel saat 11:00-dan etibarən Suqovuşan su anbarında reqatanın açılış mərasimi və ilk yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Tarix
2025.04.29 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla