Yuxarı

Maqnus Karlsen dünya rekorduna imza atdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maqnus Karlsen dünya rekorduna imza atdı

2013-cü ildən 10 il ərzində dünya şahmat çempionu titulunu qoruyan norveçli qrosmeyster Maqnus Karlsen daha bir rekorda imza atıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, şahmatçı 143 min nəfərə qarşı eyni anda oynayaraq unikal bir nailiyyət əldə edib. Görüş "Chess.com" platformasında keçirilən və Fişer şahmatı qaydalarına əsaslanan (piyada istisna olmaqla fiqurların təsadüfi düzülməsi) xüsusi formatda baş tutub.

Aprelin 4-dən etibarən davam edən oyunda Karlsenin rəqibi "qalan dünya" olub. Maraqlısı odur ki, bu qədər sayda iştirakçı hər bir gedişi onlayn səsvermə yolu ilə birgə qərarlaşdırıb.

Ənənəvi şahmatdan fərqli olaraq təsadüfi düzülüşlə oynanılan bu partiya 32-ci gedişdə gedişlərin təkrar olunması səbəbilə heç-heçə ilə başa çatıb. Bu qarşılaşma həm texniki baxımdan, həm də tamaşaçı marağı baxımından dünya şahmat tarixində unikal hadisə kimi qiymətləndirilir.

Tarix
2025.05.20 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa edi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla