Yuxarı

Erik Bulye: "Şənbə günü mənzərə dəyişəcək"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erik Bulye: "Şənbə günü mənzərə dəyişəcək"

"MkLaren" yürüşçüləri Bakıdakı ilk məşqdə yaxşı sürət göstərdilər, lakin komandanın yürüş direktoru Erik Bulye ifrat optimizmdən çəkinir.

Axar.az xəbər verir ki, Bulye ilk məşqlə bağlı açıqlamasında nəticə çıxarmağın hələ tez olduğunu bildirib.

"Nəticə çıxarmaq hələ tezdir. Məncə, biz sıxma qüvvəsinin optimal səviyyəsini, nəhayət, müəyyən etmişik. Şənbə və bazar günləri bu qüvvə ilə yarışa çıxacağıq. Hələ ki hər kəs müntəzəm proqramı üzrə işləyir. Nəzəri olaraq təsnifatın finalına çıxmaq çətin olacaq. Bugünkü məşqlərdə gördüyümüz kimi, yürüşçülər döngələrdə heç də az səhv buraxmır, maşınlar təhlükəsizlik zonasına çıxır. Odur ki, sabah maraqlı olacaq. Komandamızda iki çox təcrübəli pilot var, buna görə də onların potensialından maksimum istifadə etməliyik. Amma sabah trasda qəzaların olacağını da istisna etmirəm", - Bulye qeyd edib.

Tarix
2016.06.17 / 23:44
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla