Yuxarı

Milli komanda üçün ayağımı da sındıraram - Ronaldo

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli komanda üçün ayağımı da sındıraram - Ronaldo

Çox xoşbəxtəm. Bu nəsil, bu komanda bu uğuru haqq edirdi.

Axar.az Teleqraf-a istinada xəbər verir ki, Portuqaliya yığmasının kapitanı Kristiano Ronaldo UEFA Millətlər Liqasının finalında İspaniyanı penaltilər seriyasında 5:3 (əsas və əlavə vaxt - 2:2) hesabı ilə məğlub etdikləri oyundan sonra belə deyib.

40 yaşlı hücumçu Portuqaliya rəngləri ilə nə isə qazanmağın hər zaman xüsusi hiss olduğunu bildirib:

"Klublarla çoxlu titul əldə etmişəm. Lakin heç bir uğur millidə qazanılan nailiyyətlə müqayisə oluna bilməz. Bu, bizim ölkəmizdir. Biz kiçik, amma ambisiyalı dövlətik. Sevinirəm ki, bütün portuqaliyalılara sevinc bəxş etdik. Belə bir komandanın kapitanı olmaqdan qürur duyuram və mənim üçün yığmada qazanılan kubok - futbolun zirvəsidir".

Ronaldo oyunu başa vurmağa mane olan zədəsi barədə də danışıb:

"İsinmə hərəkətləri zamanı ayağımda ağrı hiss etdim. Buna görə də oyun vaxtı belə bir halın baş verəcəyini bilirdim. Lakin lazım gəlsə, milli komanda üçün ayağımı da sındıraram. Biz finaldan danışırıq. Oynamalı və meydanda tam gücümü ortaya qoymalı idim. Bacardığım qədər var qüvvəmlə çalışdım və komandama qolla kömək etdim".

Tarix
2025.06.09 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla