Yuxarı

İspaniyalı məşqçi "Neftçi"də

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniyalı məşqçi "Neftçi"də

"Neftçi" futbol klubu ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Fransisko Navarro ilə müqavilə imzalayıb.

Axar.az klubun saytına istinadən məlumat verir ki, 1989-1994-cü illərdə Qranada Universitetinin "Bədən Tərbiyyəsi və İdman" fakültəsində təhsil almış mütəxəssis 1995/96-cı illər mövsümündə "Rekreativo" klubunda çalışıb. 1999-2002-ci illərdə "Albasete" klubunda fəaliyyət göstərmiş 46 yaşlı məşqçi 2005-2007-ci illərdə "Deportivo"nun uğurları üçün çalışıb. 2007-ci ildə "Atletik" (Bilbao) klubuna gəlmiş F.Navarro 4 mövsüm ardıcıl bu klubda işləyib.

Məlum olduğu kimi, Bilbao təmsilçisinin heyətində hər zaman əsasən yerli futbolçular çıxış ediblər. Az sayda legionerin çıxış etdiyi "Atletik" klubunun futbolçularının əksəriyyəti klubun öz yetirmələri olub. Fiziki hazırlıq üzrə məşqçi F.Navarro ilə müqavilə bağlanarkən də məhz bu amilə xüsusi diqqət yetirilib. İspan mütəxəssis yerli futbolçuların yetişdirilməsində və inkişafında böyük təcrübəyə malikdir.

Tarix
2016.06.21 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanla Bakı arasında münasibətlərin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla