Yuxarı

Bakıda UFC döyüş gecəsi: Rafael Fiziyev də qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda UFC döyüş gecəsi: Rafael Fiziyev də qalib gəldi

2025.06.21 - 21:33

Bakıda UFC döyüş gecəsinə start verilib.

Axar.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan turnirin ilk görüşündə ağır çəkidə mübarizə aparan Hamdi Abdel Vahab (Misir) və Muhammad Usman (Nigeriya) üz-üzə gəliblər.

Gərgin və maraqlı keçən döyüş nigeriyalı idmançının qələbəsi ilə yekunlaşıb.

Turnirin ikinci görüşü super yüngül çəkidə çıxış edən rusiyalı Taqir Ulanbekov ilə qazaxıstanlı Maksum Azat arasında olub. Üç raundun sonunda rusiyalı idmançı qələbəyə sevinən tərəf olub.

Qeyd edək ki, gecənin əsas döyüşləri saat 23:00-dan etibarən start götürəcək. Əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Gecənin ikinci ən vacib döyüşü Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onlar, müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.

***

Turnirin üçüncü görüşü yarım yüngül çəkidə mübarizə aparan İrina Alekseyeva (Rusiya) ilə Klaudiya Siqula (Polşa) arasında baş tutub. Üç raundun sonunda polşalı idmançı qələbəyə sevinən tərəf olub.

Turnirin dördüncü görüşü yarım yüngül çəkidə çıxış edən Melissa Mallins (İngiltərə) ilə Darya Jeleznyakova (Rusiya) arasında olub. Üç raundun sonunda rusiyalı idmançı qələbəyə sevinən tərəf olub.

Turnirin beşinci görüşündə orta çəkidə mübarizə aparan İsmail Naurdiyev (Mərakeş) ilə Pak Çun Yon (Cənubi Koreya) üz-üzə gəliblər. Pak Çun Yon rəqibini üç raundun sonunda məğlub edib.

Turnirin altıncı görüşündə yarım orta çəkidə Sok Hyön Ko (Cənubi Koreya) ilə Oban Elliott (Uels) qarşılaşıblar. Üç raundun sonunda Cənubi Koreyadan olan idmançı görüşü öz xeyrinə başa vurub.

***

Turnirin yedinci görüşündə yarım yüngül çəkidə mübarizə aparan Məhəmməd Nayimov (Tacikistan) ilə Boqdan Qrad (Avstriya) üz-üzə gəliblər. Görüş Məhəmməd Nayimovun qələbəsi ilə başa çatıb.

Turnirin səkkizinci görüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə qarşılaşıb. Gərgin və maraqlı keçən görüşdə Azərbaycan təmsilçisi ikinci raundda nokautla rəqibini məğlub edib.

***

Turnirin doqquzuncu görüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Tofiq Musayev qırğızıstanlı Mıqtıbek Orolbayla üz-üzə gəlib. Rəqib birinci raundda T.Musayevi nokautla məğlub edib.

***

Turnirin onuncu görüşündə ağır çəkidə çıxış edən Körtis Bleyds ilə Rizvan Kuniyev (Rusiya) üz-üzə gəliblər. Görüş Körtis Bleydsin qələbəsi ilə başa çatıb.

***

Gecənin əsas görüşlərindən biri də Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında olub. Yüngül çəki dərəcəsində baş tutan qarşılaşmadan Rafael Fiziyev qalibiyyətlə ayrılıb.

Tarix
2025.06.22 / 01:43
Müəllif
Axar.az
Digər xəbərlər

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants

Azərbaycandan Ermənistana gedən qatar Böyük Kəsiyə çatdı

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla