Yuxarı

"Sabah" "Selye"ni məğlub edə biləcəkmi? - Dambrauskas

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah" "Selye"ni məğlub edə biləcəkmi? - Dambrauskas

Sabah bizi çox vacib bir oyun gözləyir. İnanıram ki, bu olduqca maraqlı qarşılaşma olacaq. Son oyunda bir qədər çətin vəziyyətə düşdük, son saniyələrdə qol buraxdıq və üstünlüyü əldən verdik.

Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Sloveniyanın "Selye" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

“İnanıram ki, avrokuboklarda nəticəni bir yox, iki oyun müəyyən edir. Yəni mərhələni bir oyunla keçmək mümkün deyil. Nə olursa olsun — hətta ilk oyun 2:2 başa çatsaydı belə sabahkı oyunu mütləq qazanmalıyıq. Rəqibi ciddi şəkildə təhlil etmişik. Son üç gündə çox yaxşı məşqlər keçdik, səfərimiz də yaxşı keçdi. Bu gün bir məşqimiz olacaq. İlk oyunda rəqibin etdiklərini və bizim hansı səhvlərə yol verdiyimizi dəfələrlə baxaraq analiz etmişik. İndi isə Bakıda etdiyimiz səhvləri düzəltmək, inkişaf etmək və özümüzə inanmaq vaxtıdır. Bu vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq”, - baş məşqçi söyləyib.

Qeyd edək ki, "Selye" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş “Selye”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Tarix
2025.07.16 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla