
Sarıkökdən dərman kimi istifadə etmək olar? - Həkim
01:54
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
"Turan Tovuz" bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə 1-ci liqa təmsilçisi "Çorum"la qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Tovuz təmsilçisinin qolunu 37-ci dəqiqədə Roderik Miller vurub.
Qeyd edək ki, "Turan Tovuz"un Bolu toplanışı 6 avqustadək davam edəcək. Komanda Türkiyədə daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Hələlik bölgə klubu yalnız 1 rəqibinin adını açıqlayıb. "Turan Tovuz" iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.
Tarix
2025.07.19 / 21:16
|
Müəllif
Axar.az
|