Yuxarı

Azərbaycana 23 ölkədən 33 tona yaxın qızıl idxal edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana 23 ölkədən 33 tona yaxın qızıl idxal edildi

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Hesablamalara görə, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 6 ayında Azərbaycanda qızıl istehsalı 1600.7 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 144 milyon 13 min ABŞ dolları dəyərində 1960 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 73 min 475.7 ABŞ dolları təşkil edib.

Aşağıdakı cədvəldə bu ilin I yarısında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:

Qızılın həcmi, kq Qızılın dəyəri, min ABŞ dolları
Rusiya 4752,95 439 260,21
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı 3778,93 365 446,86
Avstraliya 3994,61 354 724,78
Amerika Birləşmiş Ştatları 3345,76 340 301,79
Cənubi Afrika Respublikası 2488,8 263 439,04
Qazaxıstan 2556,83 262 172,89
Meksika 2107,72 185 463,97
İsveçrə 1470,02 145 035,48
Kanada 1375,07 129 773,39
Özbəkistan 1201,83 122 234,44
Çin 1173,72 108 207,58
Türkiyə 1115,84 99 250,42
Almaniya 1062,49 95 859,22
Braziliya 1021,46 95 318,81
İspaniya 502,32 52 884,17
İtaliya 233,42 24 547,26
Filippin 240,88 24 325,53
Çinin xüsusi inzibati rayonu Honkonq 184,29 16 723,14
Yaponiya 149,89 15 586,09
Qırğızıstan 98,76 10 589,15
İsveç 38,16 4 099,74
Rumıniya 13,12 1 224,06
Zimbabve 12,2 1 133,44

Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

Tarix
2025.08.14 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla