Yuxarı

Çexiya Azərbaycandan neft alışını artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çexiya Azərbaycandan neft alışını artırdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Çexiyaya 547,1 milyon ABŞ dolları dəyərində 1,027 milyard ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 50,1 milyon ABŞ dolları və ya 8,4% azdır, həcm ifadəsində isə 85,9 milyon ton və ya 9,1% çoxdur.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan Çexiyaya 597,2 milyon ABŞ dolları dəyərində 941,7 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilmişdi.

Dövr ərzində Çexiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Tarix
2025.08.19 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla