Yuxarı

Azərbaycanın bu məhsulun satışından qazancı artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın bu məhsulun satışından qazancı artdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 59 milyon 790,65 min ABŞ dolları dəyərində 245 min 938,15 ton metanol (metil spirti) ixrac edilib.

Axar.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 9,6 % artıb, həcmi isə 10,1 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 3,21 % təşkil edir.

İyulda isə ölkədən 6 milyon 485,96 min ABŞ dolları məbləğində 38 min 390,04 ton metil spirti ixrac edilib ki, bu da keçən ilin analoji ayına nisbətən müvafiq olaraq 25,4 % və 9,2 % azdır.

Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.

Tarix
2025.08.23 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla