Yuxarı

Qazaxıstan neftinin BTC ilə nəqli bərpa olundu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan neftinin BTC ilə nəqli bərpa olundu

"Qazaxıstanın "KazMunayQaz" milli şirkəti (KMQ) avqust ayında dayandırılan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə "KazMunayQaz" məlumat yayıb.

”KazMunayQaz” Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib. 13 sentyabrda Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətinə 8,8 min ton “Kaşagan” nefti yüklənib və növbəti yükləmə 20 sentyabrda planlaşdırılır", - məlumatda bildirilir.

Məlumata görə, 2025-ci ilin 8 ayında BTC ilə Qazaxıstan neftinin daşınma həcmi 0,9 mln.ton olub.

Qeyd edək ki, 2022-ci ildə KMQ ilə Azərbaycanın SOCAR arasında Qazaxıstan neftinin tranziti ilə bağlı saziş imzalanıb. 2024-cü ildə isə KMG ilə SOCAR arasında Azərbaycan Respublikasının ərazisi üzərindən neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılaşma əldə olunub.

Xatırladaq ki, cari ilin iyulunda BTC Co. şirkətinə Bakı-Tiflis-Ceyhan (BTC) ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərlə bağlı potensial keyfiyyət məsələsi olduğu haqda məlumat daxil olub. BTC Co. dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirib.

Bu qiymətləndirmələrin nəticəsi göstərib ki, Ceyhan terminalınadək boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğundur. Əlavə olaraq, Ceyhan terminalındakı çənlərin içərisindəki xam neftin keyfiyyətinin qiymətləndirilməsi işləri də aparılıb. Nəticədə bəzi çənlərdə xam neftin tərkibində üzvi xloridlərin mövcudluğu müəyyən edilib. Dərhal müvafiq tədbirlər görülüb və həmin çənlər təcrid edilib.

Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan "Azəri-Çıraq-Günəşli" blokunda hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur. BTC Co.-nun səhmdarları: bp (30.1%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5%), TotalEnergies (5%), ITOCHU (3.4%), ONGC Videsh (3.1%), ExxonMobil (2.5%) and INPEX (2.5%).

Tarix
2025.09.17 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla