Yuxarı

Ceyhan terminalında xam neftlə bağlı məsələ həll olundu - BP

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhan terminalında xam neftlə bağlı məsələ həll olundu - BP

Hazırda Ceyhan terminalının bütün çənlərindəki xam neft qəbul olunmuş spesifikasiyaya uyğundur.

Axar.az xəbər verir ki, bunu APA-ya “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, hazırda terminalda xam neftin tankerlərə yüklənməsi əməliyyatları normal rejimdə həyata keçirilir.

“Ceyhan terminalında xam neftlə bağlı məsələ artıq həll olunub”, - Tamam Bayatlı vurğulayıb.

Xatırladaq ki, cari ilin iyulunda BTC Co. şirkətinə (Bakı-Tiflis-Ceyhan Boru Kəməri Şirkəti) Bakı-Tiflis-Ceyhan (BTC) ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərlə bağlı potensial keyfiyyət məsələsi olduğu haqda məlumat daxil olub. BTC Co. dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirib.

Bu qiymətləndirmələrin nəticəsi göstərib ki, Ceyhan terminalınadək boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğundur. Əlavə olaraq, Ceyhan terminalındakı çənlərin içərisindəki xam neftin keyfiyyətinin qiymətləndirilməsi işləri də aparılıb. Nəticədə bəzi çənlərdə xam neftin tərkibində üzvi xloridlərin mövcudluğu müəyyən edilib. Dərhal müvafiq tədbirlər görülmüş və həmin çənlər təcrid edilib. BTC Co. şirkəti qəbul olunmuş spesifikasiyaya uyğun olmayan kimi dəyərləndirilmiş (üzvi xloridlərin mövcudluğu səbəbindən – red.) Ceyhan terminalında yerləşən çənlərdəki xam neftin idarə olunması və aradan qaldırılması istiqamətində müvafiq işlər aparılıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" blokunda hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

BTC Co.-nun səhmdarları: BP (30.1%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5%), TotalEnergies (5%), ITOCHU (3.4%), ONGC Videsh (3.1%), ExxonMobil (2.5%) and INPEX (2.5%).

Tarix
2025.09.23 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla