Yuxarı

Nazir: “Kiçik problem böyüyür”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: “Kiçik problem böyüyür”

Beynəlxalq Valyuta Fondu neftin ucuzlaşmasının qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini bildirsə də, bu baş vermədi.

APA xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov "Faynenşl Tayms" nəşrinə müsahibəsində deyib.

Nazir bildirib ki, bızi ölkələrin yardıma möhtac olması onlara Beynəlxalq Valyuta Fonduna müraciət etməsində maneədir: "Nəticədə kiçik problem böyüyür".

Bir müddət öncə Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna 4 mlrd. dollarlıq kredit üçün müraciət etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirən nazir qeyd edib ki, olduqca kiçik həcmdə xarici borcu və 34 mlrd. dollarlıq ehtiyata malik suveren fondu olan ölkənin bu vəsaitə ehtiyacı yoxdur: "Beynəlxalq Valyuta Fondu Azərbaycana bazarda mövcud olan faizlərdən aşağı dərəcə ilə kredit ayıra bilərdi. Söhbət iqtisadiyyata yardımdan yox, daha ucuz maliyyə vəsaiti cəlb etməyə yardım etməkdən gedir. Hazırda fond bu məsələləri həll etmək üçün dörd məhsul üzərində işləyir. Buna baxmayaraq, iri maliyyə vəsaitlərinin üstündə oturan və onları bölüşdürə bilməyən institut var".

Azərbaycanın 4 mlrd. dollarlıq kreditə ehtiyacı olmadığını deyən nazir bunun ardınca bildirib ki, hazırda "Cənub Qaz Dəhlizi" layihəsinin maliyyələşdirilməsi üçün həmin Dünya Bankı, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi maliyyə institutları ilə 5 mlrd. dollarlıq kreditin və ya zəmanətin cəlb olunması üçün danışıqlar aparılır. Düzdür, S. Şərifov əlavə edib ki, Azərbaycan layihədəki payını maliyyə institutlarının yardımı olmadan da maliyyələşdirə bilər.

Tarix
2016.07.18 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla