Yuxarı

Ukraynada hansı azərbaycanlıların pulu batır? - Siyahı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada hansı azərbaycanlıların pulu batır? - Siyahı

Ukraynadakı hakimiyyət dəyişikliyindən sonra bu ölkədə iri biznesi olan Rusiya vətəndaşları əndişəyə düşüblər.

"Axar.az"ın məlumatına görə, bu sırada azərbaycanlı iş adamları da var.

"Lukoyl"un prezidenti Vahid Ələkbərovun təkcə "Karpatneftexim" şirkətindəki aktivlərinin həcmi 497 milyon dollardır. Plastmass, izolə edilmiş boru istehsalıyla məşğul olan bu iri kombinat hazırda fəaliyyətini dayandırıb. Ehtimal edilir ki, bu kombinat ümumiyyətlə milliləşdiriləcək və dövlət əmlakına çevriləcək.

Əslən Göyçaydan olan Fərhad Əhmədova məxsus "Nortqaz"ın Xarkovdakı qaz emalı müəssisələrinə yatırdığı 100 milyondan çox vəsaitin da taleyi sual altına düşüb.

Sıradakı növbəti azərbaycanlı milyarder Telman İsmayılova məxsus Odessadakı "7-ci kilometr" adlanan və regionun ən böyük tiarət mərkəzinin də ondan alınacağına dair rəylər səsləndirilir. Çünki esk-prezident Yanukoviçin yaxın qohumu İqor Dobrınskinin də payı olan bu ticarət mərkəzinin adı çoxdandır ki, rüşvət və vergidən gizlənməylə bağlı mətbuatda tez-tez hallandırılır. Hələ keçən il Maydan hadisələri başlayandan İsmayılov bu ticarət mərkəzindəki payını satmaq istəyirdi. Ukryanada hakimiyyətə gələn və korrupsiyaya qarşı amansız olacağını bəyan edən yeni iqtidarın isə İsmayılovla bazarlığa getməyəcəyi açıq-aydın deyilməkdədir.

Tarix
2014.02.27 / 12:36
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla