Yuxarı

Metroda qatarlar arasında interval iki dəfə azaldıla bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda qatarlar arasında interval iki dəfə azaldıla bilər

Bakı Metropolitenində "yaşıl" və "qırmızı" xətlərin ayrılması təmin ediləndən sonra qatarlar arasındakı interval minimuma endiriləcək.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bunun üçün lazım olan infrastruktur layihələri həyata keçirilməlidir:

"Bunun üçün qatarların dönüb geri qayıtması üçün kameraların inşasına ehtiyac var. "Qırmızı xətt" üzrə "İçərişəhər" stansiyasının arxasında, "yaşıl xətt" üzrə hərəkət edən qatarların dönməsi üçün isə "Xətai" stansiyasından sonrakı, "bənövşəyi xətt"in şərti adı "Y-15" olan stansiyada dönmə kameraları inşa ediləcək. Artıq "İçərişəhər" stansiyası ilə bağlı işlərə başlanılıb. Bu kameralar inşa ediləndən sonra "yaşıl" və "qırmızı" xətlər üzrə hərəkət edən qatarların intervalı texniki cəhətdən mümkün ən minimal hədlərə salına bilər. Qatarların dönmə kameraları inşa edilib istifadəyə veriləndən sonra "qırmızı xətt" üzrə hərəkət edən qatarlar arasında interval iki dəfədən çox azalaraq, 1 dəqiqə 30 saniyəyə endirilə bilər".

Qeyd edək ki, hazırda pik saatlarda qeyd edilən istiqamətlərdə interval 3 dəqiqə 30 saniyə təşkil edir.

Tarix
2025.09.25 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla