Yuxarı

Azərbaycan 4 ildə Türkiyədən bu qədər dərman alıb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan 4 ildə Türkiyədən bu qədər dərman alıb

2020–2024-cü illər ərzində Türkiyə Azərbaycana ümumilikdə 336 milyon 347 min ABŞ dolları dəyərində farmakoloji məhsul ixrac edib ki, bu göstərici Ankaranın ticarət tərəfdaşları arasında dördüncü yerdədir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun hesabatında qeyd olunub.

Məlumata görə, Türkiyə istehsalı olan farmakoloji məhsulların idxalı həcminə görə birinci yerdə Cənubi Koreya dayanır. Bu ölkəyə son beş ildə 2 milyard 182 milyon ABŞ dolları dəyərində tibbi təyinatlı məhsul göndərilib. Siyahıda daha sonra Macarıstan (təxminən 660 milyon dollar) və İraq (460 milyon dollardan çox) gəlir.

Türkiyənin farmakoloji məhsullarının istehsalçıları üçün aparıcı bazarlardan biri də Gürcüstandır, belə ki, bu ölkəyə edilən ixrac dəyəri 283 milyon dollardan artıq olub.

Qurumun məlumatına əsasən, ümumilikdə bu dövr ərzində (2020–2024-cü illər) Türkiyə 9 milyard 117 milyon 595 min ABŞ dolları dəyərində farmakoloji məhsul ixrac edib. Eyni dövrdə idxal dəyəri 26 milyard 56 milyon 780 min dollar təşkil edib.

Tarix
2025.09.28 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla