Yuxarı

Sentyabrda hansı məhsulların qiyməti artıb?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sentyabrda hansı məhsulların qiyməti artıb?

Azərbaycanda son dövrlərdə müşahidə olunan qiymət artımı əsasən ərzaq və qeyri-ərzaq məhsullarında özünü göstərib.

Axar.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Oruc Baku.vs-yə açıqlamasında bildirib ki, bu artımın səbəbi yalnız daxili amillərlə bağlı deyil, həm də xarici təsirlər mühüm rol oynayır.

Onun sözlərinə görə, bir çox məhsullar xaricdən idxal olunduğuna görə, logistika və enerji daşıyıcılarının qiymətlərində baş verən bahalaşma avtomatik olaraq həmin məhsulların qiymətinə təsir göstərir.

"Topdan satış qiymətlərində də artım müşahidə olunur. Bu isə daxili bazarda müəyyən monopolist meyillərin mövcudluğunu göstərir," – deyə ekspert vurğulayıb.

Vüqar Oruc əlavə edib ki, qiymət artımının digər səbəbləri sırasında mövsümi dəyişikliklər, idxaldan asılılıq və beynəlxalq inflyasiya təsirləri var. Məsələn, bazarda meyvə-tərəvəzlərin qiyməti mövsümi olaraq yüksəlsə də, məhsul bolluğu yarandıqda sabitləşir.

Əsasən yağ məhsulları, banan, mövsümi olmayan meyvə-tərəvəzlər, yerkökü, sarımsaq və şokolad kimi qidalarda qiymət artımı müşahidə olunub. Lakin ekspert qeyd edib ki, ümumilikdə bahalaşmanı "fantastik" adlandırmaq düzgün deyil. Onun sözlərinə görə, qiymətlərin ən çox artdığı dövr əsasən dekabr-yanvar aylarına təsadüf edir.

Tarix
2025.10.03 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla