Yuxarı

Niyə manatın kodu “AZM” deyil, “AZN”-dir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niyə manatın kodu “AZM” deyil, “AZN”-dir?

Bu gün məndən soruşdular ki, niyə manatın hərfi kodu “AZM” deyil, “AZN”-dir. Məntiqlə sonda “M” olmalıdır axı. Məsələ burasındadır ki, 20 il əvvəl denominasiya oldu və nəticədə 5000 köhnə manat 1 yeni manata bərabər oldu. Köhnə manatın kodu “AZM” idi, məhz fərqləndirmək üçün yenisini “AZN” adlandırdılar.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Əkrəm Həsənov qeyd edib.

“‘N’ – “new”, yəni yeni deməkdir. 2005-ci ildə Mərkəzi Bankın Ümumi Qanunvericilik Şöbəsinin rəisi olaraq denominasiya üzrə işçi qrupun üzvü idim. Yeni kod adı axtarırdıq. Mən “ARM” təklif etmişdim: Azərbaycan Respublikasının manatı. Hamı da razılaşmışdı. Birdən sanki məni cərəyan vurdu və təklifimi geri götürdüm: ARM bədnam qonşumuzu yaman xatırladırdı. Yekunda AZN üzərində dayandıq. Bu valyuta düz 9 il sabit və uğurlu oldu - 2015-ci ilin fevral devalvasiyasınadək. Yəni AZN ömrünün 10-cu ilində iflasa uğradı… 2017-ci ilin fevral ayından etibarən AZN yenə də sabitdir. Gələn il bunun da 9 ili tamam olacaq…” – o bildirib.

Tarix
2025.10.07 / 10:55
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla