Yuxarı

DB-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
DB-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz...

Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 1,9%, 2026-cı ildə 1,8% və 2027-ci ildə 1,7% artacağını proqnozlaşdırır.

Axar.az Report-a istinadən xəbər verir ki, 2025-ci ilin iyun proqnozu ilə müqayisədə cari ildə ÜDM-in artım tempi 0,7 faiz bəndi, 2026-cı ildə 0,6 faiz bəndi, 2027-ci ildə 0,6 faiz bəndi azalıb.

2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in 1,8% artacağı proqnozlaşdırılır.

Sənədə əsasən, 2025-ci ildə Mərkəzi Asiyada iqtisadi artımın əvvəlki ildəki 5,7%-dən 5,9%-ə qədər sürətlənəcəyi ehtimal olunur ki, bu da Qazaxıstanda neft hasilatının artması, dayanıqlı investisiyalar və böyük həcmdə pul köçürmələri sayəsində mümkün olacaq.

Cənubi Qafqaz ölkələrində isə artımın 2024-cü ildəki 5,7%-dən 2025-ci ildə 3,7 %-ə qədər yavaşlaması gözlənilir. Dünya Bankının proqnozuna görə, 2026-2027-ci illərdə Cənubi Qafqazda iqtisadi artım 3%-dən bir qədər artıq səviyyəyə qədər yavaşlayacaq.

Hesabatın müəllifləri qeyd edirlər ki, enerji qiymətlərinin aşağı düşməsi və qlobal tələbatın azalması Avropa və Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrində ticarət axınlarına təsir göstərir.

"Bütövlükdə, enerji ixracı Azərbaycanın ümumi əmtəə ixracının təxminən 85%-ni, Qazaxıstan və Rusiyanın isə 50%-dən çoxunu təşkil edir", - hesabatda qeyd olunur.

İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə ÜDM-in 3%, 2026-cı ildə 2,9%, 2027-ci ildə 3,6% artacağını proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: "S&P Global" 2025-2026-cı illərdə illik 2%, "Fitch Ratings" 2025-ci ildə 3,5% və 2026-cı ildə 2,5%, "Moody's" isə illik 2,5% səviyyəsində artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5% və 2,5%, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 3%, 2026-cı ildə 2,5%, Asiya İnkişaf Bankı növbəti iki il üçün müvafiq olaraq 2,4% və 2%, Niderlandın ən böyük bank qrupu olan "ING Group" isə 2025-ci ildə 1,5%, 2026-cı ildə 2,8% artım proqnozlaşdırır.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1%, 2025-ci ilin yanvar-avqust aylarında isə 1% artıb.

Tarix
2025.10.07 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video

Leyla və Arzu Əliyevalar Pəncəlinin ailəsini ziyarət etdi

AZAL səyahətləri daha rahat edir - Video

Bakcell lotereyasında 7-ci lüks avtomobil uduldu!

Bakı beynəlxalq əməkdaşlıq platformalarının oyunçusudur

Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında

Tiflisin ən hündür yerində Azərbaycan bayrağı...

Nə qədər ərazi minalardan təmizlənib? - XİN

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

28 maddəlik sülh: Zelenski dalana dirənib, Putin də narazıdır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla