Yuxarı

Neft Fondu xaricə yatırımları niyə artırır? - Səbəblər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft Fondu xaricə yatırımları niyə artırır? - Səbəblər

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu ABŞ-ın “BlackRock” (aktivlərin idarə edilməsi üzrə dünya liderlərindən biri, hazırda idarəçiliyində $12,5 trln. vəsait var) şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners” investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində Londonun Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya həyata keçirdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.

“Bundan öncə cari ilin iyulunda Neft Fondu bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkətinin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəş elektrik stansiyalarından ibarət portfelində 49% pay əldə etmişdi”, - deyə o qeyd edib.

İ.Şabanın sözlərinə görə, Azərbaycanın Neft Fondunun xarici ölkələrdəki aktivlərə yatırımları artırmasının bir neçə səbəbi var:

1) Neft Fondunun aktivləri artıq o səviyyəyə gəlib çatıb ki, o, xarici şirkətlərin layihələrində pay alışını intensivləşdirmək imkanı qazanıb.

2) Neft Fondu onun neft-qaz gəlirlərinin bundan sonra da azalmasının fərqindədir və ona görə də yeni gəlir mənbələrini artırır.

3) Neft Fondu seçimini edəndə risk dərəcəsi daha aşağı olan aktivlərə üstünlük verir ki, qısamüddətli qazancdan yox, uzunmüddətli stabil gəlirdən faydalansın.

Tarix
2025.10.09 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla