Yuxarı

Azərbaycanda 4 bank ləğv edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 4 bank ləğv edildi

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən Dekabank ASC, Kredobank ASC, Parabank ASC və Zaminbank ASC-nin bank lisenziyaları ləğv edilib.

Bu barədə Axar.az-a Palatadan bildirilib.

Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib. Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılmasıvasitəsilə bank sektorunda rısklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib. Dekabank ASC, Kredobank ASC, Parabank ASC və Zaminbank ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda olan qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. 22 iyul 2016-cı il tarixdən lisenziyaları ləğv olunmuş banklara MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib.

Palata sözügedən banklaraləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nın nəzarəti altında aparılacaq.

Tarix
2016.07.22 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla