Yuxarı

Azərbaycanla İran arasında mühüm müzakirə aparıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla İran arasında mühüm müzakirə aparıldı

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlər, xüsusilə də nəqliyyat-tranzit, energetika, gömrük və digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantılarının inkişafı layihəsi çərçivəsində Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil yolları körpüsünün və gömrük-sərhəd infrastrukturunun tikintisi üzrə işlərin yekunlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı gündəlikdə duran aktual məsələləri nəzərdən keçiriblər.

Qeyd olunub ki, Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8.3% artıb və bunun da 10.4 %-i avtomobil, 2 %-i isə dəmiryolu daşımalarının payına düşür.

Dəhliz boyunca infrastrukturun genişləndirilməsi istiqamətində görülən işlərin uzlaşdırılmış şəkildə aparılmasının və yükdaşımaların həcminin davamlı artımının təmin edilməsinin mühüm önəm kəsb etdiyi bildirilib. Bu kontekstdə dəhlizin vacib komponenti olan Cənub Yük Terminalının tikintisi üzrə işlərin tamamlanmasının əhəmiyyəti vurğulanıb.

Həmçinin Astaraçay çayı üzərində inşa olunmuş avtomobil körpüsünün tam gücü ilə işə salınması üçün görüləcək zəruri tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Tərəflər eyni zamanda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya görüşünün üç ölkə arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmini qeyd ediblər.

Tarix
2025.10.13 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla