"Yapı Kredi Bank Azərbaycan" QSC bu ilin yanvar-sentyabr aylarında aktivləri ilin sonu ilə müqayisədə 10,03 faiz azalaraq (73 milyon 266.76 min manat) 657 milyon 95 min manata düşüb.
Axar.az Teleqraf-a istinadən xəbər ki, bankın aktivlərinin azalmasında nağd pul vəsaitləri və ekvivalentlərinin kiçilməsi mühüm rol oynayıb.
"Yapı Kredi Bank Azərbaycan" nın nağd pul vəsaitləri və ekvivalentləri ötən ilin sonundakı 309 milyon 404 min manatdan 54,5 faiz və yaxud 168 milyon 439.69 manat azalaraq 140 milyon 965 min manata düşüb.
Hesabat dövründə bankın öhdəlikləri ötən ilin sonundakı 620 milyon 417 min manatdan 536 milyon 95 min manata düşüb (84 milyon 322 min manat və ya 13,6% azalma). Depozit portfeli 95 milyon 747 min manat və ya 17,9% azalaraq 534 milyon 754 min manatdan 439 milyon 7 min manata enib. Fiziki şəxslərin depozitləri 17% azalaraq 106 milyon 768 min manatdan 88 milyon 864 min manata, hüquqi şəxslərin depozitləri 18,2% azalaraq 427 milyon 987 min manatdan 350 milyon 144 min manata geriləyib.
Bununla belə, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 48 milyon 182 min manatdan 81 milyon 898 min manata yüksəlib.
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) əhəmiyyətli artım nümayiş etdirib- 434 milyon 127 min manata çatıb. Bu, ötən ilin sonuna nisbətdə 36,7% artım deməkdir. Bankın cəmi kredit portfelinin 96,6 milyon manatı istehlak, 277,6 milyon manatı biznes, 59,9 milyon manatı isə ipoteka kreditləridir.
Bankda vaxtı keçmiş kreditlərin həcmi 32 milyon 389 min manat olub. Kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 7,5% təşkil edib.
Maliyyə qurumu bu ilin yanvar-sentyabr aylarını 7,712 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,1 % azdır.
Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan"n bu ilin ikinci rübünü də maliyyə sızıntısı ilə başa vurmuşdu. Bankın aktivləri 19 faiz azalaraq 2024-cü ilin sonundakı 730 milyon 362 min manatdan iyul ayının 1-nə 591 milyon 908 min manata düşmüşdü. Hesabat dövründə bankın nağd vəsaitləri 2,5 dəfə azalaraq ilin sonundakı 309 milyon 404 min manatdan 124 milyon 24 min manata qədər enmişdi.
Bankın öhdəliklərinə gəlincə, 2024-cü ilin sonundakı 620 milyon 417 min manatdan bu ilin yarimilində 475 milyon 394 min manata qədər, 23,4 faiz azalmışdı Depozit portfeli ilk yarımildə 26.5 faiz azalaraq 393 mln. manat təşkil edirdi.