Yuxarı

Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü

"Bank BTB" ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub.

Axar.az Report-a istinadla xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.

9 ay ərzində "Bank BTB"nin əməliyyat gəlirləri 30.12 milyon manat (illik müqayisədə 9.3% çox), əməliyyat xərcləri 25.724 milyon manat (8.4% çox), xüsusi ehtiyatlara ayırmaları 2.205 milyon manat (4.9 dəfə çox), gözlənilməz xərcləri isə 2.831 milyon manat (27% az) təşkil edib.

Bu il oktyabrn 1-nə "Bank BTB"nin aktivləri 389.268 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5.7% çoxdur. Bunun 276.304 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0.4% böyüyüb.

Hesabat dövründə "Bank BTB"nin öhdəlikləri 7% artaraq 338.413 milyon manat, o cümlədən depozit portfeli 11.9% artaraq 167.873 milyon manat, balans kapitalı isə 2.2% azalaraq 50.855 milyon manat olub.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmlərinin 76.74%-i Nigar Mehdiyevaya, 17.68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5.58%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Qeyd edək ki, Nigar Mehdiyeva ötən gün cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin gəlinidir.

Tarix
2025.10.15 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla