Yuxarı

Azərbaycandan Gürcüstana təbii qaz ixracı kəskin artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan Gürcüstana təbii qaz ixracı kəskin artdı

Bu ilin yanvar–avqust aylarında Azərbaycandan Gürcüstana 169,5 milyon ABŞ dolları dəyərində 1,6 milyard kubmetr təbii qaz ixrac edilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 62 milyon dollar və ya 1,6 dəfə, həcminə görə isə 922 milyon kubmetr və ya 2,5 dəfə artıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycandan Gürcüstana təxminən 629,1 milyon kubmetr təbii qaz ixrac olunmuşdu, bu ixracın ümumi dəyəri 107,2 milyon ABŞ dolları idi.

Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandan xaricə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16,5 milyard kubmetr təbii qaz ixrac edilib.

Tarix
2025.10.15 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla