Yuxarı

AYNA işsizlərin sayını, nazirlik pensiya yaşını artırır...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYNA işsizlərin sayını, nazirlik pensiya yaşını artırır...

Mehdiyev AMEA-da olanda, hətta bağında oturanda parlamentə, ictimai, siyasi, media sahəsinə müdaxilə edə bilərdi, bunun üçün əlində, çox güman, rıçaqları var idi. Amma ölkədə iqtisadi vəziyyətə müdaxilə imkanlarının olduğunu düşünmürəm. Məmləkətin makro-iqtisadi mənzərəsi isə, yumşaq desəm, ürəkaçan deyil.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.

“Azərbaycanda ÜDM artmır, 0,9% lik artım ciddi məsələ deyil, hətta ressesiya göstəricisidir, adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşmüşük, büdcəmizin gəlir hissəsi gələn il cəmi 67 mln. manat artacaq ki, bu da heç artım deyil.

Bunlar azmış kimi, AYNA taksi xidmətini tam inhisara almağa cəhdlərini dayandırmır, taksi sayına mənasız və məzmunsuz limit qoymağı təklif edir, Nazirlər Kabineti bunu qəbul edir - nəticədə 30 min insan işsiz qalacaq, taksi qiymətləri isə kəskin bahalaşacaq. AYNA hava limaninda da taksi xidmətini inhisara alır, buna hətta Ombudsman Aparatı etiraz edir, amma heç nə dəyişmir.

İndi təqaüd yaşını da artırmaq istəyirlər, Maliyyə Nazirliyi təklif hazırlayıb, təqaüd məsələsində yaş həddi vacib, amma ikinci dərəcəli məsələdir, həmişə qəsdən bunu qabardırlar ki, təqaüdlərin az olması müzakirədən kənar qalsın - halbuki, ən vacib məsələ budur, ölkədə 900 min təqaüdçü minimum təqaüd civarında ödəniş alır, ayıb olan, düzəldilməli olan məsələ budur.

Yəni, iqtisadi komandanın işində qüsurlar var və bu məsələ tezliklə həll olunmalı, həm komanda, həm də aparılan iqtisadi siyasət kökündən dəyişdirilməlidir”, - o bildirib.

Tarix
2025.10.17 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla