Yuxarı

Naxçıvanla bağlı statistika heyrətləndirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanla bağlı statistika heyrətləndirdi

Naxçıvana gələn turistlərlə bağlı maraqlı və ən önəmlisi, detallı rəsmi statistika açıqlanıb: bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasına 58 min 348 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib – bu, ötən ilin eyni dövrünə nisbətən 24,3% azdır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“Maraqlı detal: hesabat dövründə Naxçıvanda xarici turist, yəni 27 355 nəfər – özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə qalıb. Bu, 1 il əvvələ nisbətən 14,05% azdır.

Tərcüməsi: Naxçıvanda xarici turistlərin (!!!) özünə aid mənzilləri (!!!) və ya ailə üzvlərinin məzilləri var. Yaxşı, bunun harası turist oldu və ya Naxçıvanda turist kimə deyilir?!

Lap maraqlı detal: qohumların və dostların evində qalanların sayı 26 831 nəfər olub ki, bu da illik müqayisədə 30,6% azdır.

Tərcüməsi: Naxçıvana bu ilin ilk 8 ayında 58 348 nəfər xarici vətəndaş TURİST olaraq gəlib. Və bunlardan 54 186 nəfəri ya öz evində, ya öz ailəsinə məxsus, ya da yaxın qohum və dostlarının evində qalıblar. Bəs yerdə qalanı?

Daha maraqlı detal: ən az turist mehmanxana və mehmanxana tipli obyektlərdə qalıb – cəmi 1 191 nəfər. Bu, illik müqayisədə 34,6% azdır.

Tərcüməsi: Naxçıvana 8 ayda cəmi 1191 nəfər əsl turist, xarici vətəndaş gəlib. Bu da aya 148 nəfər, günə, təxminən, 5 turist edir. Digər gələnlər isə Türkiyə, Rusiya və s. ölkə pasportu almış naxçıvanlılardır, onlara da “turist” deyirlər.

Ən maraqlı məsələ budur ki, Naxçıvanın quru sərhədləri açıqdır (Naxçıvan qeydiyyatında olan Azərbaycan vətəndaşları üçün) – amma buna baxmayaraq turist sayında kəskin azalma var, gələn yoxdur. Normal PR və yol, hekayə quruculuğu olsa, bir tək Əshabi-Kəhf mağarasına ildə onminlərlə turist gəlb etmək olar”, - ekspert vurğulayıb.

Tarix
2025.10.20 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla