Yuxarı

Gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq.

Axar.az Report-a istinadla xəbər verir ki, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3%-i qədər vergi ödəyəcək.

Bu nisbət 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% olacaq.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2027-ci ildə 125 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2028-ci ildən isə 175 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər olacaq.

Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat və 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2027-ci ildə 675 manat və 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2028-ci ildən isə 725 manat və 8 000 manatdan artıq hissənin 14%-i qədər olacaq.

Tarix
2025.10.22 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla