Yuxarı

Ölkədə gündəm olan artımlarla bağlı bilinməyən detal

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə gündəm olan artımlarla bağlı bilinməyən detal

2026-cı ildən Azərbaycanda bir sıra maliyyə və sosial dəyişikliklər qüvvəyə minəcək. Alkoqollu içkilərdən tutmuş kirayə gəlirlərinə qədər bir çox sahədə yeni vergi və aksiz dərəcələri tətbiq olunacaq. Lakin minimum maaş və pensiyanın dəyişməməsi fonunda bu qərarların vətəndaşların gəlir balansına necə təsir edəcəyi sual doğurur.

Yeni vergi və aksiz artımları ümumi inflyasiya səviyyəsini artıra bilərmi? Vətəndaşlar bu dəyişikliklərə necə hazırlaşmalıdır - qənaət, sərmayə, yoxsa başqa yollarla?

Axar.az xəbər verir ki, iqtisadçı, sabiq deputat Vahid Əhmədov Globalinfo.az-a açıqlamasında 2026-cı ilin dövlət büdcəsinə hələ Milli Məclisdə baxılmadığını, yalnız ilkin proqnozların açıqlandığını bildirib.

Onun sözlərinə görə, buna əsasən gələn il üçün müəyyən dəyişikliklər gözlənilir:

“Xüsusilə maliyyə, sosial və vergi sistemində yeniliklər nəzərdə tutulur. Kirayə gəlirləri ilə bağlı vergilərin artırılması, aksiz vergilərində artım və digər istiqamətlərdə də dəyişikliklər olacaq. Ümumi mənzərəyə baxdıqda, 2025-ci illə müqayisədə vergi yığımlarında təxminən 4-5 faiz artım var. Bu da gəlirlərlə müqayisədə kifayət qədər ciddi rəqəmdir və əhalinin maddi vəziyyətinə təsir göstərəcək. Vergi artımı istər-istəməz insanların həyat şəraitinə müəyyən dərəcədə təsir edir. Digər tərəfdən, gələn il yaşayış minimumu ilə bağlı məsələlər hələ tam həllini tapmayıb və bu sahədə ciddi artımlar gözlənilmir”.

İqtisadçı qeyd edib ki, adətən dövlət büdcəsi müzakirə edilərkən sosial sahələrə xüsusi diqqət ayrılır:

“Prezident də bu məsələlərin müzakirəsi zamanı ilk növbədə sosial yönümlü xərcləri önə çəkir. Lakin son dövrlər neft hasilatında müşahidə olunan azalma neftin gəlirlərinə mənfi təsir göstərir. Buna baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları kifayət qədər yüksəkdir, təxminən 70 milyard dollar civarındadır. Bu ehtiyatları qorumaq strateji baxımdan çox vacibdir. Hazırda dünyada geosiyasi gərginliklər, böyük dövlətlər arasında gedən iqtisadi və siyasi rəqabət yeni müharibələrə gətirib çıxara bilər. Üstəlik, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hələ imzalanmayıb. Bu baxımdan iqtisadi sabitliyin qorunması, maliyyə ehtiyatlarının düzgün idarə olunması önəmlidir. Bütün bunlar insanların sosial rifahına müəyyən qədər təsir etsə də, dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələlərə yenidən baxılması gözlənilir. Xüsusilə, hansı sahələrdə vergi artımının tətbiq olunacağı və bu artımların əhaliyə təsir dərəcəsi parlamentdə ətraflı nəzərdən keçiriləcək”.

V.Əhmədov gəlir vergisi ilə bağlı bəzi problemlərin də mövcud olduğunu vurğulayıb:

“Lakin 2026-cı ilin büdcə müzakirələri zamanı millət vəkillərinin bu məsələlərə xüsusi diqqət yetirməsi və bir sıra istiqamətlərdə düzəlişlər edilməsi mümkündür. Digər mühüm məqam odur ki, qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq məqsədilə bir sıra vergi güzəştlərinin müddətinin uzadılması planlaşdırılır. Bildiyiniz kimi, sənaye parkları əvvəllər yeddi il müddətinə əmlak və torpaq vergisindən azad edilmişdi. İndi bu müddətin əlavə altı il uzadılması nəzərdə tutulur. Bu qərar qeyri-neft sektorunun inkişaf tempini qorumaq və artırmaq baxımından müsbət addımdır. Neft hasilatının azalması fonunda qeyri-neft sektorunun inkişafı və regionlarda yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir”.

Sabiq deputat onu da qeyd edib ki, hazırda ölkədə 14 iqtisadi rayon var və hər birində yeni iş yerlərinin açılması üçün ayrıca proqramların hazırlanması zəruridir:

“Bu, həm regionlardan şəhərlərə miqrasiyanın qarşısını almağa, həm də yerli iqtisadiyyatı canlandırmağa xidmət edəcək. İnfrastruktur sahəsində – qaz, su, işıq və yol təminatında mühüm işlər görülüb. Lakin istehsal müəssisələrinin azlığı regionlarda məşğulluq problemini hələ də aktual saxlayır. Buna görə də 2026-cı ilin büdcəsində regionlarda iş yerlərinin artırılması istiqamətində konkret addımların atılması vacibdir”.

Tarix
2025.10.24 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

Sülh imzalanıb, indi cəmiyyətlər barışmalıdır - Mirzoyan

Bu şəxslərə də güzəşt edilsin - Millət vəkili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla