Yuxarı

Mənzil qiymətlərində süni artım: Ucuzlaşma olacaqmı?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənzil qiymətlərində süni artım: Ucuzlaşma olacaqmı?

Qonşu ölkələrdə əmlakın qiymət artımı Azərbaycandakı qədər kəskin deyil. Bu da həmin ölkələrdə mənzillərin investisiya aləti kimi istifadə olunmamasından irəli gəlir.

Axar.az xəbər verir ki, bunu "Kaspi" qəzetinə açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Azərbaycanda mənzil qiymətlərinin artımının süni xarakter daşıdığını bildirən ekspert əlavə edib ki, bunu tələb və təkliflə əsaslandırmaq düzgün deyil:

"Çünki bəzi insanlar mənzili yaşamaq üçün yox, investisiya aləti olaraq dəyərləndirirlər. Digər investisiya alətlərindənsə, mənzilə güvənirlər. Bu da tələbi süni olaraq şişirdir. Digər faktor orta aylıq əməkhaqqıdır. Hansı ki, digər iki ölkədə də orta aylıq əməkhaqqı bizim ölkəmizdəkindən yüksəkdir. İnsanların da düşüncəsində "hər kəsin evi olmalıdır" prinsipi hökm sürür. Xaricdə olduğu kimi kirayə qalmaq istəmirlər".

İqtisadçının fikrincə, ölkəmizdə mənzil qiymətlərinin aşağı enməsi gözlənilmir:

"Azərbaycanda ev almaq üçün 18 il işləmək lazım olduğu fikri ilə razılaşmıram. Çünki əmək haqları fərqlidir. Orta əmək haqqı alan bir şəxsin 18 ilə toplayacağı məbləğ xeyli böyük puldur. Mənzil bazarında daha ucuz mənzillər də əldə etmək olur. Bütün dünyada mənzil qiymətləri yüksəlir. Bu da əhali artımı ilə əlaqədardır. Düşünürəm ki, ölkəmizdə mənzil qiymətləri artmaqda davam edəcək".

Tarix
2025.10.25 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla