Yuxarı

"Bank Respublika"nın borcları artdı: Əmanətlər geri çəkildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bank Respublika"nın borcları artdı: Əmanətlər geri çəkildi

Bu ilin 3-cü rübündə Bank Respublika ASC-nin nağd pul vəsaitləri azalıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında bildirilib.

Qeyd olunub ki, bankın nağd pul vəsaitləri ötən ilin sonu ilə müqayisədə 24,18 faiz azalaraq 368 milyon 841,63 min manat olub.

Bankın öhdəliklərinə gəlincə, hesabat dövründə öhdəliklər 2 milyard 487 milyon 33,5 min manat təşkil edib.

Bu da ötən ilin sonu ilə müqayisədə 25,74% və yaxud 509 milyon 40,11 min manat artım deməkdir. Fiziki şəxslərin banka yerləşdiyi depozitlərin həcmi isə 5,31 faiz azalaraq 636 milyon 244,66 min manatdan 602 milyon 476,18 min manata enib.

Hesabat dövründə bankın kredit təşkilatları və digər maliyyə instutları qarşısında öhdəlikləri 65,07 faiz artaraq 864 milyon 60,94 min manata yüksəlib.

Əlavə olaraq bildirək ki, "Bank Respublika"nın faiz xərclərində də artım müşahidə olunub. Belə ki, bank dövr ərzində 90 milyon 839,35 min manat məbləğində faiz ödənişi həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,76% çoxdur. Xüsusilə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər kəskin artaraq 46 milyon 214,38 min manat (2,85 dəfə), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə ödənilən faiz ödənişləri isə 169 dəfə artaraq 429,62 min manat təşkil edib.

Bankın vaxtı keçmiş kreditlərinin həcmi həcmi 2024-cü ilin eyni dövrü ilə nisbətdə təxminən 2 dəfə artaraq 19 milyon 667,26 min manat olub. Cari ilin üçüncü rübündə vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 1,25 faiz təşkil edib.

Tarix
2025.10.27 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla