Yuxarı

ABŞ–Çin razılaşması: Qlobal bazarlarda sabitlik yaransa da...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ–Çin razılaşması: Qlobal bazarlarda sabitlik yaransa da...

ABŞ–Çin razılaşması çox güman ki, müvəqqəti xarakter daşıyır, çünki tərəflər arasında hələ də dərin ziddiyyətlər qalır. Bu ziddiyyətlər təkcə iqtisadi yox, həm də siyasi amillərlə bağlıdır. Deyə bilərik ki, Çin–ABŞ münasibətləri son görüşdən sonra nisbi sabitlik dövrünə qədəm qoya bilər, lakin hər şeyi zaman göstərəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə ABŞ və Çin arasında nadir torpaq metalları və vacib minerallar üzrə imzalanan ticarət sazişini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bu saziş dünya iqtisadiyyatına müsbət təsir göstərəcək və əsas əmtəə bazarlarında müəyyən sabitlik yaradacaq:

“Razılaşma qlobal bazarlara, xüsusilə strateji malların və resursların bazarına sabitlik gətirəcək. Çinlə ABŞ arasındakı ticarət mübadiləsi ümumdünya ticarət mübadiləsinin təxminən 2 faizini təşkil edir və bu, az göstərici deyil”.

İlqar Vəlizadə qeyd edib ki, ABŞ və Çin münasibətlərində müəyyən yaxınlaşma müşahidə olunsa da, digər istiqamətlərdə — məsələn, ABŞ–Avropa və ABŞ–Hindistan əlaqələrində hələ də fikir ayrılıqları qalmaqdadır:

“Ehtimal etmək olar ki, Çinlə münasibətlərdə də oxşar mənzərə yaşana bilər. Lakin ümid var ki, bu münasibətlər proqnozlaşdırıla bilən səviyyədə inkişaf edəcək və fors-major vəziyyətlərin yaranmasına yol verilməyəcək”.

Tarix
2025.11.01 / 08:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla