Yuxarı

Dövlət büdcəsindən MM-ə ayrılan vəsait artırıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət büdcəsindən MM-ə ayrılan vəsait artırıldı

Gələn il dövlət büdcəsindən Milli Məclisə 52,07 milyon manat vəsait ayrılacaq.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, 2025-ci illə müqayisədə 546 min manat və ya 1,1 faiz artım deməkdir. 2025-ci ildə dövlət büdcəsindən Milli Məclisə 51,53 milyon manat ayrılıb.

Xərclərin əsas hissəsi əməyin ödənişinə yönəldiləcək. Belə ki, 2026-cı ildə Milli Məclis üzrə əməyin ödənişi xərcləri 39,51 milyon manat, o cümlədən əməkhaqqı xərcləri 31,75 milyon manat təşkil edəcək.

Qeyd edək ki, 2024-cü ildə parlamentin saxlanılması xərcləri 49,22 milyon manat olub.

Tarix
2025.11.04 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

Prezidentdən Naxçıvan səfəri ilə bağlı - Video

İrana ikinci dəmir yolu xətti açılacaq - İlham Əliyev

Hazırda Təbriz səmasında qeyri-adi işıq görülür - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla