Yuxarı

“Lukoyl” Bakıdan imtinaya məcbur oldu: hər ay 130 min ton...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Lukoyl” Bakıdan imtinaya məcbur oldu: hər ay 130 min ton...

“Lukoyl” noyabrda sanksiyalara görə Xəzərdəki yataqlarından Bakı limanına xam neft nəqlini dayandıracaq və Novorossiysk vasitəsilə ixrac üçün xam neftin Rusiyanın Mahaçqala limanı vasitəsilə daşınmasına başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Agentliyin mənbələrinin məlumatına görə, Rusiya bayrağı altında üzən “Lady Leila” tankeri cümə axşamı günü “Lukoyl”un Xəzər şelfindəki Korçagin yatağından təxminən 5 min ton neft yükü ilə Mahaçqalaya gələcək.

Qeyd edək ki, oktyabr ayında ABŞ və Böyük Britaniyanın “Lukoyl”a sanksiya tətbiq etməsindən sonra şirkət fəaliyyətini davam etdirməkdə çətinliklərlə üzləşib.

"Lukoyl" Xəzər şelfindəki iki yataqda - Filanovski və Korçagin - neft hasil edir. Bu xam neft əvvəllər Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə BTC Blend keyfiyyətində ixrac edilib. Lakin 2022-ci ildən etibarən şirkət xarici şirkətlərə, o cümlədən Böyük Britaniyanın BP şirkətinə məxsus boru kəməri ilə tədarükləri dayandırmağa məcbur olub.

Mənbələrin bildirdiyinə görə, noyabrda “Lukoyl” Mahaçqalaya təqribən 30 min ton xam neft tədarük edəcək, gələn aydan isə əvvəllər Bakıya göndərilən bütün həcmi – təxminən 130 min ton nefti Rusiya limanına yönləndirəcək.

Mənbə qeyd edib ki, “Lukoyl”un Mahaçqaladan hasil etdiyi neft boru kəməri ilə Qara dənizdəki Novorossiyskə nəql olunacaq.

Tarix
2025.11.06 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

Prezidentdən Naxçıvan səfəri ilə bağlı - Video

İrana ikinci dəmir yolu xətti açılacaq - İlham Əliyev

Hazırda Təbriz səmasında qeyri-adi işıq görülür - Video

Prezident Möminə xatun türbəsində bərpa işləri ilə tanış oldu

İlham Əliyev Naxçıvan şəhərinin Baş Planı ilə tanış oldu

"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla