Yuxarı

Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? – Siyahı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? – Siyahı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 3 milyard 594,3 milyon manat dəyərində yeyinti məhsulları idxal olunub.

Axar.az Yeniavaz.com-a istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının idxalı artıb.

Belə ki, ötən ilin ilk 10 ayında xaricdən ölkəyə 3 milyard 349,8 milyon manat dəyərində yeyinti məhsulları gətirilib. Ən çox idxal olunan məhsullar arasında dəyər baxımından meyvə-tərəvəz, miqdar baxımından isə buğda üstünlük təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycana 299,2 min ton tərəvəz və meyvə idxal edilib, bunun gömrük dəyəri 416 milyon manat olub. Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta qiyməti 1,30 manat təşkil edib.

Bundan başqa, 1 milyon 9,6 min ton buğda ölkəyə gətirilib və dəyəri 370,1 milyon manat olub. Bu zaman buğdanın 1 kiloqramının gömrük dəyəri 0,37 manata bərabər olub.

Həmçinin 153,2 milyon manat dəyərinə 38,6 min ton ət idxal olunub. Bunun da 1 kiloqramının orta gömrük dəyəri 3,5 manat olub.

13,7 min ton süd və qaymaq idxalının dəyəri isə 41,9 milyon manat olub və 1 kiloqram üçün qiymət 2,9 manat təşkil edib.

21,5 min ton kərə yağının idxalı üçün 251,8 milyon manat ödənilib və 1 kiloqramın orta gömrük dəyəri 11,5 manat olub.

Eyni zamanda, 11,6 min ton çay idxalının dəyəri 121,2 milyon manat (1 kiloqram üçün orta qiymət 11 manat), 45,6 min ton düyü idxalı 71,4 milyon manat (1 kiloqramın gömrük dəyəri 1,6 manat), 133,6 min ton bitki mənşəli yağların gömrük dəyəri 342,5 milyon manat (1 kiloqram üçün qiymət 2,6 manat) təşkil edib.

Tarix
2025.11.17 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla