Yuxarı

İqtisadi artımın əsas mənbəyi... - Baş bankir açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqtisadi artımın əsas mənbəyi... - Baş bankir açıqladı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, 10 ayda ümumi daxili məhsulun (ÜDM) real ifadədə 1,3% artımı müşahidə edilib, o cümlədən qeyri-neft-qaz sektorunda 3,1% artım qeydə alınıb.

"Qeyri-neft-qaz sektorunda artım əsasən informasiya və rabitə, turizm və tikintidə olub. AMB-nin iqtisadi artımla bağlı proqnozları nikibindir. 2025-ci ilin sonuna ümumi daxili məhsulun 2,2% artacağı, 2026-cı ilin sonuna isə 2% artım qeydə alınacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz ÜDM-nin isə bu il 3,7% , gələn il isə 4,4% artacağı proqnozlaşdırılır", - deyə baş bankir qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ildə qlobal iqtisadi mühit olduqca dəyişqən olub, qlobal ticarətdə qeyri-müəyyənliklər əhəmətli dərəcədə yüksəlib:

"Cari ildə qlobal iqtisadi artım nisbətdən zəifləyib, inflasiya azalıb. Beynəlxalq Valyuda Fondunun oktyabr hesabatına görə qlobal iqtisadi artımın 2025-ci ildə 3,2%, 2026-cı ildə isə 3,1% olacağı gözlənilir. Hesabatda qlobal inflasiya proqnozu 2025-ci il üzrə 4,2% saxlanılıb, 2026-ci ilə isə 0,1 faiz bəndi artırılaraq 3,7% müəyyən edilib. Əlavə olaraq qeyd etmək istərdim ki, ticarət tərəfdaşlarında illik inflasiya ötən ilin sonundakı 11%-lə müqayisədə xeyli az - cari ilin sentyabr ayında 8,2 faiz təşkil edib. ABŞ dolları indiksi 10 ayda 8 faiz bəndi azalıb. Yeni qlobal reallıqların formalaşdığı şəraitdə 2025-ci ilin 10 ayında ölkə iqtisadiyyatında artım davam edib".

Tarix
2025.11.19 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla