Yuxarı

ÜDM-in artımı tamamilə bunun hesabına təmin olunur

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜDM-in artımı tamamilə bunun hesabına təmin olunur

ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunur.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3% artması gözlənilir ki, bu da strategiya ilə müəyyən edilmiş diapazon (3-4%) çərçivəsindədir:

"ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1% olacağı gözlənilir ki, bu da 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası ilə müəyyən olunmuş hədəfdən (5%) 1,1 faiz bəndi yüksəkdir. 2019-2025-ci illərdə qeyri-neft-qaz sektorunun bütün sahələri artım nümayiş etdirib. 2019-2025-ci illərdə orta illik artım templəri üzrə lider sahələr - informasiya və rabitə (11%), qeyri-neft-qaz sənayesi (9,7%), nəqliyyat və anbar təsərrüfatı (7,8%) olmuşdur. Nisbətən aşağı orta illik artım templəri isə tikintidə (4,4%), turizmdə (4,1%), kənd təsərrüfatında (3,2%), ticarətdə (3,0%), sosial və digər xidmətlərdə (2,9%) olub”.

Tarix
2025.11.19 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla